İspaniya Futbol Liqası "Barselona" azarkeşlərinin "Levante" ilə qarşılaşmada etdiyi hərəkətə görə araşdırmalara başlayıb.
Sportarena.az xəbər verir ki, oyunun gedişində Kriştianu Ronaldonu "əyyaş" adlandıran katalon azarkeşlərin sözləri matçın protokoluna salınıb. Futbol Liqası işi intizam komitəsinə təqdim etməzdən öncə səs yazılarını nəzərdən keçirəcək.