Futbol üzrə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması İspaniyanın Tarraqona şəhərində təlim-məşq toplanışındadır.
Sportarena.az xəbər verir ki, hazırlıq prosesində yığmamız yerli “Pardinyes” klubunun U-21 komandası ilə yoldaşlıq oyununda 3:2 hesablı qələbə qazanıb.
Sevinc Cəfərzadənin dubl etdiyi oyunda digər qolu Nərgiz Hacıyeva vurub.