"Arsenal" Anriyə təklif göndərdi

23:03 17 Fevral 2015

“Arsenal” sabiq futbolçusu Tyerri Anrini yenidən klubda işləməsi üçün dəvət göndərib.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisi fransalı veteran hücumçunu klub akademiyasının gənc komandalarından birində məşqçi kimi çalışmasına dəvət edib.

 

Hazırda Anri “Sky Sports” televiziya kanalında ekspert vəzifəsində işləyir və UEFA-nın A kateqoriya məşqçi lisenziyasının almasına hazırlaşır.

 

Qeyd edək ki, 37 yaşlı Tyerri Anri 1999-2007-ci illər arasında “Arsenal”da forma geyinib. O, 254 oyunda meydana çıxıb və 174 qola imza atıb.

 


Digər xəbərlər

Xəbər xətti