Almaniya Bundesliqasında mübarizə aparan “Herta” klubunun baş məşqçisi maraqlı açıqlama edib.
Sportarena.az xəbər verir ki,“Herta” klubunun baş məşqçisi Pal Darday komandasının oyunçularına soyunub geyinmə otağında hər şeyə icazə verildiyini bildirib:
“Mən futbolçularıma öncədən bildirmişəm ki, soyunub-geyinmə otağında hər şey etmək olar. Mənə yalnız nəticə lazımdır.”
Darday həmçinin, jurnalisitin “Bəs futbolçular siqaret çəkə bilərmi?” sualına münasibət bildirib:
“Əlbətdə, bu sağlamlıq üçün çox ziyandır. Lakin, hansısa bir futbolçu siqaret çəkməklə sakitləşirsə və uşaqlar bunu görmürsə onun şəxsi məsələsidir.” – deyə Darday bildirib.