Millimiz Belarusa məğlub oldu

01:03 18 Fevral 2015

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimiz Belarus yığması ilə qarşılaşıb.

 

Qarşılaşma 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.

 

Bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti