Rusiyanın "Volqa" klubu Azərbaycan yığmasının sabiq müdafiəçisi Emin Ağayevin rəhbərliyi altında ilk matçını keçirib.
Sportarena.az xəbər verir ki, sözügedən komanda "Stroqino" ilə qarşılaşıb.
Matç 1:1 hesabıyla başa çatıb. Yoxlama xarakterli qarşılaşmada azərbaycanlı mütəxəssis baxışda olan futbolçuları sınaqdan keçirib.