"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Şaxtyor"la (Donetsk) bərabərə qaldıqları (0:0) ilk oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçusu Xabi Alonsonun qırmızı vərəqə ilə cəzalandırılmasının onlar üçün pis olduğunu deyib:
"Uzun müddət 10 nəfərlə oynadıq. Bu, işimizi çox çətinləşdirdi. Qol vurmaq üçün çox az epizodlarımız oldu. İkinci oyuda qalib gəlmək məcburiyyətindəyik. Bunun üçün çoxlu qol epizodları yaratmalıyıq".