ŞOK: ÇL-də oyun alqı-satqısı aşkarlandı

11:33 18 Fevral 2015

UEFA İtaliya klubu “Latsio”nu bir neçə il avrokuboklardan kənarlaşdıra bilər.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumu romalıların 2007-ci ildə Çempionlar Liqasında keçirdikləri bir oyunla bağlı araşdırma aparır.

 

Həmin il III seçmə mərhələdə Rumıniya “Dinamo”su ilə qarşılaşan “Latsio” heç-heçə (1:1) nəticələnən görüşün revanşında rəqibini 3:1 hesabı ilə məğlub etmişdi. Halbuki, cavab oyununda Buxarest təmsilçisi fasiləyə 1:0 öndə yollanmışdı. Matçdan dərhal sonra “Latsio” “Dinamo”dan 20 yaşlı müdafiəçi Radu Stefanı 5,4 milyon avroya transfer etmişdi. Həmin qarşılaşma ilə bağlı maraqlı faktlar əldə edən UEFA bununla bağlı dindirmələrə başlayıb.

 

Qeyd edək ki, “Dinamo”nun 2007-ci ildəki sahiblərindən olan Vladimir Kon da “Latsio” ilə matçda danışıqların olduğunu təsdiqləyib: “Cavab görüşünün fasiləsində klub rəhbərliyi futbolçulardan uduzmağı tələb etdi. Çünki Radu Stefanın transferində razılıq əldə edilmişdi”.

 


Digər xəbərlər

Xəbər xətti