Azərbaycan Premyer Liqasının XXIII turunun hakim təyinatları açıqlanıb.
Sportarena.az xəbər verir ki, sabah keçiriləcək oyunlardan ikisində 4, ikisində 6 hakim ədaləti qoruyacaq.
Belə ki, paytaxtda baş tutacaq matçlarda əlavə köməkçi hakimlər də iş başında olacaq. “Neftçi” və “Qarabağ” arasında mərkəzi oyun FİFA referisi Əliyar Ağayevə tapşırılıb.
XXIII tur
19 fevral (cümə axşamı)
15:00. AZAL – “İnter”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov
“AZAL Arena”
17:00. “Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
Qəbələ şəhər stadionu
17:00. “Simurq” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov
Zaqatala şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov
“Bakcell Arena”