Futzal üzrə Avropa cempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunacaq 4-cü qrupunda son turda keçiriləcək hər iki oyunun başlanma vaxtı UEFA tərəfindən dəyişdirilib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, saat 18:30 və 21:00-da deyil, saat 19:00 və 21:30-da başlayacaq. Oyunların təqvimini bir daha diqqətinizə çatdırırıq:
18 mart
18:30. Ukrayna –Danimarka
21:00. Azərbaycan – Belçika
19 mart
18:30. Belçika – Ukrayna
21:00. Azərbaycan –Danimarka
21 mart
19:00. Danimarka –Belçika
21:30. Ukrayna – Azərbaycan
Oyunlar Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.