Taylandlılar geri çəkilmir: "Milan" üçün şok qiymət

12:36 18 Fevral 2015

İtaliyanın və Avropa futbolunun köklü klublarından olan "Milan" son illərdə qazandığı uğurlarla yoх, yaşadığı maliyyə böhranı ilə gündəmdən düşmür.

 

Sportarena.az xəbər verir ki, bu günlərdə hətta Silvio Berluskoninin klubu satacağı ilə bağlı хəbərlər yayılmışdı. 

 

Taylandın "The Bangkok Post" post qəzeti bu gün "Milan"la bağlı maraqlı хəbər yayıb. Xəbərdə bildirilir ki, taylandlı iş adamı Bee Taeçaubol İtaliya klubunu almaq istəyir və bu məqsədlə Berluskoniyə 1 milyard avro təklif edib.

 

Bundan əvvəl düz 7 dəfə klubun səhmlərinin 50 faizini almaq üçün təklif göndərsə də, hər dəfə rədd cavabı alan iş adamı tərəfindən irəli sürülən bu dəfəki təklifini Berluskoninin qəbul edəcəyi deyilir.


Digər xəbərlər

Xəbər xətti