Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində AZAL-ın qonağı olacaq “İnter” oyunun hazırlıqlarını tamamlamaq üzrədi.
Sportarena.az xəbər verir ki, “bankirlər” “AZAL Arena”ya heç də tam heyətlə çıxa bilməyəcək.
“İnter”in 3 futbolçusu hazırda zədədən əziyyət çəkir ki, bunlar Laşa Salukvadze, Abdulla Abatsiyev və Aleksandr Amisulaşvilidi. Sonuncu oyunçu çoxdandı zədədən əziyyət çəkir və fərdi məşqlərə yenicə başlayıb. Onunla yanaşı, Abatsiyevin də AZAL-la görüşü buraxacağı dəqiqdi. Gənc yarımmüdafiəçi yalnız növbəti tura hazır ola biləcək. Salukvadzeyə gəlincə, hələ də tam sağalmayan rusiyalı müdafiəçinin isə sabahkı matçda iştirakı sual altındadı.
Qeyd edək ki, AZAL – “İnter” oyunu sabah saat 15:00-da start götürəcək.