Ümumilikdə İsveç klubunun futbolçusunun aktivində milli komanda üçün 51 qol var.
Çempionlar Liqasının 8/1 finalının dünənki matçında fransız “PSJ”nin forfardına “Çelsi”nin qapısına qol vurmaq nəsib olmadı.
İsveç Joze Mourinyonun komandasının qapısına Londonda qol vura biləcəkmi? Bunu martın 11-də biləcəyik.
Hələlik isə Sportarena.az tarixə kiçik bir səyahət edərək, İsveçrənin yığması tərkibində İbrahimoviçin ilk qolunu xatırlayacaq. Bu qol 2001-ci ilin oktyabr ayının 7-də 2002-ci il Dünya çempionatının seçmə matçında Azərbaycan yığmasının qapısına vurulub.
Stokholmda keçirilən həmin görüşdə, İbrahimoviç üçüncü və matçda son qolunu vurub. İsveçlər 3:0 hesabı ilə qalib oldular.
Həmin oyunda vurulan qolların videosunu sizə təqdim edirik: