Mourinyo: "Əgər meydana 9 oyunçu, 2 qapıçı ilə çıxsaydıq..."

13:44 18 Fevral 2015

Çempionlar Liqasının 1/8 finalında Paris səfərindən bərabərliklə dönən "Çelsi" vəzifəsinin öhdəsindən müəyyən qədər gəldi. 

 

 

Sportaren.az  xəbər verir ki, matçdan sonra "zadəganlar"ın çalışdırıcısı Joze Mourinyo oyun barədə fikirlərini bildirib.

 

 

"Birinci hissə "Çelsi"nin aktivinə yazıldı. Rəqib topu bizə verdi və müdafidən oynadı. PSG bizə təzyiq göstərmədi və futbolçularım meydanda rahat idi. İkinci yarıda mənzərə dəyişdi. Onlar hesabda geri olduqları üçün hücuma keçməyə məcbur oldular. Rəqib çox aqressiv oynadı. Fasilədən sonra daha effektiv çıxış etdilər. Düşünürəm ki, komandaların hər iki hissədə göstərdikləri oyuna görə 1:1 hesabı ədalətli idi. Amma qapıçıların gördüyü işi də nəzərə alsaq, etiraf edirəm ki, PSG qələbəyə daha yaxın oldu. Minimal üstünlük qazanmışıq. Cütün taleyinə "Stamford Bridge"də başa tutacaq cavab oyununda aydınlıq gələcək. Rəqib yüksək səviyyəli komandadır. Hücum xəttinə baxın. İbrahimoviç, Kavani, Lavezzi ilə yanaşı, onlara kömək edən Pastoreni də qeyd etmək lazımdır. Əgər meydana 9 oyunçu, 2 qapıçı ilə çıxsaydıq, "Çelsi" heç bir komandaya şans verməzdi. Hər iki qapıçımız fenomenal səviyyədədir".

 

 

Mourinyo zədə problemi olan futbolçular və Hazard haqqında da söhbət açıb.

 

"Oyundan öncə zədəli və müəyyən problemləri olan futbolçular vardı. "Everton"la qarşılaşmadan sonra Hazard, Vilyan, Febreqas və İvanoviç məşq etmirdi. Onlar formanı saxlamaq üçün indvidual seanslar keçirdilər. Bununla yanaşı, PSG-yə qarşı oyunda onlar bütün gücünü ortaya qoydular. Fabreqas 3 gün yataq rejimində qalmışdı. Amma bu gün də komandanın oyununa fayda verdi. Biz İngiltərə Premyer Liqasında 25 görüş keçirmişik. Hər matçda Hazarda qarşı sərt oynayırlar. Veratti qoşa ayaqla Hazardın üstünə getdiyi epizodda Edenin yerində başqa futbolçu olsaydı, qazona yıxılıb ağrılar içində qalardı. Amma Hazard simulyasiya etməyi sevmir. Bu gün ona qarşı 9 dəfə qaydanı pozdular. Eyni hal Premyer Liqada da müşahidə olunur".

 


Digər xəbərlər

Xəbər xətti