Sabah Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində “Neftçi” və “Qarabağ” komandaları arasında görüş baş tutacaq. Daha öncə də xəbər verdiyimiz kimi, oyuna “Neftçi” tərəfinin ötən turlarda narazı qaldığı Əliyar Ağayev təyinat alıb.
“Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Sportarena.az-a təyinatla bağlı açıqlama verib:
“Düşünürəm ki, nəticəyə təsir edən səhv olmaz. Mənim üçün fərqi yoxdur ki, hakim kimdir. Əsas odur ədalətli oyun idarə etsin. Əliyar Ağayev gənc olsa da, təcrübəlidir. İnanıram ki, ədalətli oyun idarə edəcək. Əliyar gərək öz imicinə zərbə vurmasın”.