Kin: "Çelsi"nin böyük klub olduğunu demək axmaqlıqdır"

15:12 18 Fevral 2015

"Mançester Yunayted"in eks kapitanı Roy Kin Joze Mourinyonun PSG ilə qarşılaşmadan əvvəl "zadəganlar"ı böyük klub adlandırmasına etiraz edib.

 

Sportarena.az xəbər verir ki, Kin bunları deyib:

 

"Düşünürəm ki, böyük klub olmaq üçün "Çelsi"nin potensialı var. Əlbəttə, Mourinyo dahi məşqçidir. Amma "Çelsi" böyük klub olmaq üçün kifayət qədər mükafat qazanmayıb. "Çelsi"nin böyük klub olduğunu demək axmaqlıqdır. PSG ilə matçda "zadəganlar"ın parlaq oyun nümayiş etdirdiyini deyə bilmərəm. Londonlular müdafiədə zəif çıxış etdilər"

 


Digər xəbərlər

Xəbər xətti