Raul: "Real"a qayıdacam"

15:59 18 Fevral 2015

"Nyu-York Kosmos"un futbolçusu Raul Qonzales iki sabiq klubu - "Real" və "Şalke"nin Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları oyunöncəsi maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, "Real"ın canlı əfsanəsi matçın favoritinin Madrid klubu olduğunu deyib:

 

"Ancaq "Şalke"nin də növbəti tura yüksəlmək şansları var. Hər iki klubun öz meydanında qələbə qazanmasını istəyirəm".

 

Futbolçu karyerasını başa vurduqdan sonra "Real"ın məşqçi heyətində çalışacağı ilə bağlı yayılan iddialara da münasibət bildirən ispan hücumçu qeyd edib ki, Madrid klubuna geri dönməyi çox istəyir:

 

"Real" mənim evimdir və ora dönməyi çox istəyirəm. Mənə ehtiyac olacağını təqdirdə, "Real"a qayıdacam. Hələ də madridlilər tərəfindən sevildiyim üçün çox xoşbəxtəm. Ancaq hazırda "Nyu-York Kosmos"dan ayrılmağı düşünmürəm. Böyük ehtimalla 4-5 il Amerikada oynayacam. O zamana kimi "Real"da nələrin olacağını bilmək olmaz".

 

R.Qonzales bildirib ki, "Real" İspaniya La Liqasında "Atletiko"ya 0:4 hesabı ilə uduzmasına baxmayaraq, çempionluq şansı yüksəkdir:

 

"Bu məğlubiyyət "Real"ı həvəsdən salmamalıdır. Çünki hər bir komandanın mövsüm ərzində yaxşı və pis çıxışları ola bilər. "Real" çempionluq uğrunda yaxşı mübarizə aparır. İnanıram ki, onlar çempion olacaq".

 


Digər xəbərlər

Xəbər xətti