“Oyunöncəsi itkilərimiz var. Zədəli futbolçuların çoxluğuna görə tam heyətə malik ola bilmirik. Tural Cəlilov da bu oyunu buraxacaq. Amma, bütün bunlara baxmayaraq oyuna tam hazırıq. Çalışırq ki, əvvəlki oyunlarda olan səhvləri buraxmayaq və bu oyunda qol vura bilək”.
Bu sözləri Sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov sabah “Qəbələ” ilə keçiriləcək oyun barədə fikirlərini bildirərkən qeyd edib.
Məmmədov, həmçinin Skarlatakenin komandaya nə vaxt dönəcəyinə də aydınlıq gətirib:
“Skralatake bu həftə bakıda müalicəsini qurtarıb komandaya qoşulacaq. Amma, inanmıram ki, yaxın vaxtlarda 90 dəqiqə meydanda olsun. Hər şey futbolçunun özündən asılıdır. Əvvəlki oyununu qaytarsa şans qazanacaq”.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” qarşılaşması sabah 17:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.