UEFA nümayəndəsi: "Bu məsələ yerli icra orqanları tərəfindən araşdırılmalıdır"

16:56 18 Fevral 2015

PSG və "Çelsi" arasında baş tutan matçdan öncə Paris metrosunda müşahidə olunan irqçilik halı KİV-lərdə geniş müzakirələrə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, bu olaya UEFA nümayəndəsi də münasibət bildirib. O, bu hadisəni araşdırmağın qurumun səlahiyyətində olmadığını qeyd edib:

 

"UEFA ayrı-seçkiliyin bütün növlərini pisləyir. Dünən Paris metrosunda baş vermiş hadisəyə görə məyus olduq. Eyni zamanda bu hadisə stadiondan xeyli kənarda olduğundan onun araşdırılması UEFA-nın səlahiyyətlərinə aid deyil. Bu məsələ yerli icra orqanları tərəfindən araşdırılmalıdır. UEFA həyata keçiriləcək bütün tədbirləri dəstəkləyəcək".

 


Digər xəbərlər

Xəbər xətti