"Beşiktaş"dan İngiltərəyə...

17:16 18 Fevral 2015

“Beşiktaş”ın baş məşqçisi Slaven Biliç mövsümün sonunda komandasını tərk etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin bu addımı komandanın göstərdiyi nəticə ilə bağlı deyil.

 

“Beşiktaş” hazırda Türkiyə Superliqasının lideri olmasına baxmayaraq, Biliç mövsümün sonunda başqa ölkəyə köçməyi düşünür. Çünki İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem” onun xidmətində maraqlıdı.

 

Hazırkı çalışdırıcı Sem Ellardaysla yeni müqavilə bağlamayacaq London klubu bu postu məhz Biliçə tapşırmaqda israrlıdı. Tərəflər arasında danışıqlar müsbət nəticələnmək üzrədi. “Beşiktaş”da isə boş qalacaq posta hazırda “Sivasspor”u çalışdıran Sərgən Yalçının gətirilməsi gözlənilir.

 

Qeyd edək ki, Slaven Biliç “Beşiktaş”a 2013-cü ilin yayında keçmiş və 2 illik müqavilə imzalamışdı.

 


Digər xəbərlər

Xəbər xətti