"Bavariya"nın prezidenti dağda xizək sürməyin badına getdi

17:24 18 Fevral 2015

Almaniya futbolunun əfsanəsi, “Bavariya”nın fəxri prezidenti Frans Bekkenbauer ağır zədə alıb.

 

Sportarena.az xəbər verir ki, Bekkenbauer dağda xizək sürərkən zədələnib. O, duman zolağına düşərək izi itirib və yıxılıb. Məlumata görə, Bekkenbauerin dodağı partlayıb. Fəxri prezidentin yanağından və çiynindən zədə aldığı da bildirilir. 69 yaşlı əfsanə baş verənləri belə izah edib:

 

“Mən heç nə görmədim, sadəcə şokdaydım. Sağ tərəfim üstə yıxıldım. Ola bilsin ki, bundan sonra mənə daha az riskli idman növüylə məşğul olmaq lazımdı. Bu, gəzinti də ola bilər”.

 

Bir müddət əvvəl Almaniyanın daha bir əfsanəvi idmançısı Mixael Şumaxer dağda xizək sürərkən yıxılmış və ağır zədə almışdı. Uzun müddət komada qalan Şumaxer hələ də hərəkət edə bilmir.

 

 


Digər xəbərlər

Xəbər xətti