AFFA "Bakı" klubunun əsas və əvəzedici heyətlərinə maaşların verilməsinə fevralın 20-dən başlanacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, həmin gün komanda üzvləri yanvar ayının maaşını alacaqlar. Y.Seyidov AFFA-nın "Bakı"ya əmək haqlarının ödənişini may ayınadək davam etdirəcəyini bildirib. Ötən ildən qalan maaşlara gəldikdə klub rəsmisi imkan düşdükcə onların da ödəniləcəyini açıqlayıb.
Qeyd edək ki, AFFA "Bakı"dakı maliyyə problemləri ilə əlaqədar komanda üzvlərinə maaş ödənişini mövsümün sonunadək öz üzərinə götürüb.