İtaliyada "Parma"nın müflis olmasına dair araşdırmalar başlanıb.
Sportarena.az xəbər verir ki, klubun borcları minmum 96 milyon avro təşkil edir. Məşqçilər korpusu və futbolçular isə mövsümün başlanğıcından etibarən məvacib almırlar. İtaliyanın 3 federal prokuroru vergilərin ödənilməməsi səbəbindən klubun iflasa uğramasına dair iş açmağa razılıq verib.
Klubun yeni prezidenti Campyero Manenti məvacibləri ödəyəcəyi barədə futbolçuları rəsmən məlumatlandırıb. Amma hələ ki maaşlar ödənməyib.