Mirbağır İsayev: "Oyun rəqibin üstünlüyü ilə keçdi"

22:13 18 Fevral 2015

“Oyun rəqibin üstünlüyü ilə keçdi”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan U-17 yığmasının baş məşqçisi Mirbağır İsayev deyib.

 

O, bu gün yoldaşlıq oyununda Rusiya millisinə 1:2 hesabı ilə məğlub olmalarına şərh verib: “Hesabı açmağımıza baxmayaraq, qoruya bilmədik. Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Elit-raund mərhələsinə bir ay qalıb. Bu cür oyunlar keçirmək bizim üçün vacibdir. Elit-raunda qədər ilk 18-liyi müəyyənləşdirməliyik”.

 


Digər xəbərlər

Xəbər xətti