AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Neftçi” - “Qarabağ” oyununa Əliyar Ağayevin baş hakim təyin olunması ətrafında yayılan ajiotaja, Ağdam klubunun referinin dəyişdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, X.Məmmədov Futbolxeber.az saytına verdiyi açıqlamada təyinatla bağlı heç bir dəyişiklik etməyəcəklərini qeyd edib:
“Neftçi” - “Qarabağ” oyununun hakimi dəyişmək üçün səbəb görmürük. Ortada ciddi bir səbəb olmadan hakimin dəyişdirilməsi heç bir halda mümkün deyil. Ona görə də biz bu məsələni heç müzakirə də etmirik. Əvvəldən də açıqladığımız kimi sabahkı oyunu Əliyar Ağayev idarə edəcək”.