Ronaldo və Kasilyas 50-ci matçına çıxdı

00:59 19 Fevral 2015

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində hazırda davam edən “Şalke” – “Real” (0:0) qarşılaşması “Kral klubu”nun futbolçuları Kriştianu Ronaldo və İker Kasilyas üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, hər iki oyunçu yubiley matçına çıxıb.

 

Belə ki, madridlilərin ararıcı futbolçuları qitə miqyaslı ən möhtəbər klub turnirinin pley-offunda 50-ci görüşünü keçirir.

 

Bu göstəricidə onlar yalnız Frenk Lempard, Xavi və Viktor Valdesdən geri qalırlar. Hər 3 futbolçu 51 dəfə meydana çıxmağa şans əldə edib.

 

Bundan başqa, 1999-cu ildən “Real”da çıxış edən 33 yaşlı qapıçı avrokuboklarda 150-ci görüşünə çıxıb. 

 


Digər xəbərlər

Xəbər xətti