Ronaldo Messi və Raula çatdı

10:59 19 Fevral 2015

Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə oyunda fərqlənən "Real"ın hücumçusu Kriştiano Ronaldo turnirdə vurduğu qolların sayını 76-ya yüksəldib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçu bu göstərici ilə "Barselona"nın forvardı Lionel Messi və "Real"ın canlı əfsanəsi Raul Qonzalesə çatıb.

 

Lakin Messi gələn həftə qarşılaşacaqları "Mançester Siti" ilə oyunda fərqlənəcəyi təqdirdə Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu adını qazanacaq.

 

Qeyd edək ki, "Şalke" ilə görüşdə vurulan qol "Real" forması ilə Çempionlar Liqasında 58-ci oyununa çıxan Ronaldonun 58-ci qolu olub. 

 


Digər xəbərlər

Xəbər xətti