Çempionlar Liqasının 1/8 finalında səfərdə “Şalke”yə qalib gələn (2:0) “Real” “Bavariya”nın rekorduna şərik olub.
Sportarena.az xəbər verir ki, sözügedən turnirdə ardıcıl 10-cu qələbəsini qazanan Mardid klubunu “Bavariya”nın 2013-cü ildəki rekordunu təkrarlayıb.
Madridlilər son dəfə ötən mövsüm ÇL-ın 1/4 finalının cavab matçında Dortmund “Borussiya”sına uduzub.
Karlo Ançelottinin komandası yeni rekorda çox yaxındır. Paytaxt klubu bunu“Şalke” ilə doğma meydanda keçiriləcək cavab matçında bacara bilər.