Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
Sportarena.az xəbər verir ki, milli komandanın təlim-məşq toplanışı öncəsi baş tutacaq turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.
Ardıcıl 3 turdur uduzan “Qəbələ” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Qış fasiləsində "qırmızı qaralar"ın “sükanı arxası”na keçən Roman Qriqorçuk ilk ev qələbəsini qazanmaq niyyətindədi. Heyətində gəncləşdirmə siyasəti aparan Cənub klubu da ilk xalına sevinmək arzusundadı.
Azərbaycan Premyer Liqası
XXIII tur
19 fevral (cümə axşamı)
17:00. “Qəbələ” – “Xəzər Lənkəran” 3:1
Qol: Ekiqo, 47; Ruslan Abışov, 77; Urfan Abbasov, 90+3 Tounkara, 32
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev
Qəbələ şəhər stadionu