Ançelotti: "Ronaldo qol vurmaq arzusu ilə yaşayır"

11:52 19 Fevral 2015

 
“Yaxşı oyun göstərdik. Planımızı düzgün qurmuşduq. Bu oyunda intensivlik vacib deyildi. Sadəcə, səbirli olmalıydıq. Biz də bunu etdik və lazım olan nəticəni qazandıq”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti deyib.

 

 

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşləri çərçivəsində səfərdə “Şalke” üzərindəki qələbədən (2:0) sonra danışan italiyalı çalışdırıcı komandasını tərifləyib: “Yalnız bir epizodda qapımızdan qol buraxa bilərdik. Ümumilikdə, üstün tərəf biz idik. Hamıya aydındı ki, Kriştianu Ronaldo qol vurmaq arzusu ilə yaşayır. Onun ardıcıl bir neçə oyunda fərqlənməməsi bizim üçün problem deyil. Amma özü buna görə narahat olur. Yaxşı ki, “Şalke” ilə matçda qolunu vura bildi. Marselonun çıxışı da məni sevindirdi. O, sağ ayağı ilə hər gün qol vurmur. Pepenin qayıdışı da xeyrimizə oldu. Onun təcrübəsinin hesabına müdafiədə çətin anlar yaşamadıq”.

 

 

Ançelotti ÇL-də debüt matçına çıxan yeni transfer Lukas Silva haqda da fikirlərini bölüşüb: “Silvanın cəmi 22 yaşı var. Buna rəğmən, özünü təcrübəli futbolçu kimi göstərdi. “Real”da ilk ciddi sınağına çıxmışdı. İnanıram ki, Silva bundan sonra üzərində daha çox çalışacaq”. 

 

 


Digər xəbərlər

Xəbər xətti