Millimiz Belarusla ikinci oyunda sülh bağladı

11:58 19 Fevral 2015

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, millimizin budəfəki rəqibi də Belarus yığması olub.

 

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Auqusto Sezar və Eduardo Mello vurub.

 

Xatırladaq ki, bu komandalar arasında fevralın 17-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə yekunlaşmışdı.

 


Digər xəbərlər

Xəbər xətti