"Real"da daha bir ciddi itki

12:12 19 Fevral 2015

Madrid "Real"ı ciddi itki ilə üzləşib.
 

Sportarena.az xəbər verir ki, Karvahal Çempionlar Liqasının 1/8 finalında "Şalke" ilə matçda zədələnib. 

 

Lakin onun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Bununla belə, Karvahalın İspaniya La Liqasında "Elçe"yə qarşı oyunu buraxacağı gözlənilir. 

 

Qeyd edək ki, "Şalke" - "Real" görüşü ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, "Real"da Karvahalla yanaşı, Fabio Koentrau, Sami Xedira, Serxio Ramos və Xames Rodriqes zədəlidir. 


Digər xəbərlər

Xəbər xətti