"Real"ın müdafiəçisi Pepe komandada hökm sürən ab-hava haqqında fikir bildirib.
Sportarena.az xəbər verir ki, Portuqaliyalı oyunçu həmyerlisi Ronaldonun 3 oyun davam edən qolsuzluq seriyasını qırmasına sevindiyini gizlətməyib.
"Ronaldoda hər şey qaydasındadır. O xoşbəxtdir və komanda yoldaşlarını ruhlandırır. Kriştianudan gözlədiyimiz də məhz budur. Onun "Real"a fayda verməsinə görə sevinirəm. O. "Real"da oynadığına görə üzərində təzyiq hiss edir. Amma biz onun tərəfindəyik. "Real" sanki bir ailə, Ançelotti isə bizim atamızdır".