"Fənərbaxça"nın UEFA müfəttişləri ilə əlaqə quraraq "Qalatasaray"ı UEFA-ya şikayət etdiyi iddia edilir.
İstanbulda "Beşiktaş" və "Qalatasaray"ın hesablarına girən, "Bursaspor" və "Trabzonsporun"un sənədlərini araşdıran UEFA-nın müfəttişləri ilə "Fənərbaxça"nın təmas qurduğu bildirilir.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,"Fənərbaxça" rəsmiləri ilə UEFA müfəttişləri arasında olan şam yeməyində, "Qalatasaray"ın maliyyə siyasətini şikayət edildiyi irəli sürülüb.