Holland mütəxəssis məvacibini açıqladı

14:01 19 Fevral 2015

Serbiya yığmasının sabiq baş məşqçisi Dik Advokat bu ölkədə çalışarkən aldığı məvacibin məbləğini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən holland mütəxəssis Serbiyada ilə 300 min avro qazandığını bildirib. Advokat Rusiya yığmasının baş məşqçi postunda isə ildə təxminən 7 milyon avro məvacib alırdı. Hollandiyalı mütəxəssis Serbiyada aldığı məvaciblə Rusiyada işləməyə hazır olmadığını bildirib:

 

“Serbiyada ildə 300 min avro qazanırdım. Mənə dərhal və düzünü dedilər: “Daha pul yoxdu”. Bu məvacibə Rusiyaya qayıtmağa hazır deyiləm. Mən bilirəm hansı ölkədə məşqçiyə nə qədər məvacib ödəyirlər. Təklifi bir halda qəbul edərəm ki, titul qazanmaq imkanı olsun. Buna qadir olmayan klubdan təklif gəlsə, qəbul etmərəm.

 

Təkliflər çoxdu, ancaq məqamı gözləyirəm. Hansı klub və ya yığmanın şərtləri qane etsə, təklifi dəyərləndirəcəm. Düzü, Serbiyada baş verənləri heç gözləmirdim. Orda daha çox qalmaq istəyirdim. Əsas məqsədim Rusiyada keçiriləcək dünya çempionatında iştirak idi. Düşünürdüm ki, orda 70 yaşında məşqçilik karyerasını başa vuracam”.


Digər xəbərlər

Xəbər xətti