“Real”ın hücumçusu Kriştiano Ronaldo məhkəməyə müraciət edəcək.
Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz kolumbiyalı müğənni Kevin Roldandan şikayətçidi. Ronaldo müğənnini doğum günüylə bağlı keçirdiyi tədbirdən çəkilmiş şəkilləri və videonu sosial şəbəkədə izacəsiz paylşmaqda ittiham edir.
Ronaldo “Real”ın “Atletiko”ya 0:4 hesabı ilə uduzduğu oyundan sonra əyləncəli gecə təşkil etmişdi. Onun bu addımı klub rəhbərliyi və azarkeşlər tərəfindən böyük narazılıqla qarşılanmışdı. Hətt buna görə “Real”ın bir neçə futbolçusu ondan izahat da tələb etmişdi.