"Şaxtyor"un Azərbaycanla oyundakı heyəti müəyyənləşdi

14:37 19 Fevral 2015

Milli komandamızla yoxlama görüşündə üz-üzə gələcək Ukrayna “Şaxtyor”u təlim-məşq toplanışının 3-cü mərhələsinə start verib.

 

Sportrena.az xəbər verir ki, Donetsk təmsilçisi bu gün səhər Kiyevdən Antalyaya yola düşüb.

 

Baş məşqçi Mirça Luçesku Türkiyəyə 26 futbolçu aparmağı məqsədəuyğun bilib. Rumıniyalı mütəxəssis aparıcı futbolçuların hamısını heyətə daxil edib. Həmin heyətdə aşağıdakı futbolçular yer alıb:

 

Qapıçılar: Andrey Pyatov, Anton Kanibolotski, Rüstəm Xudzamov, Boqdan Sarnavski

Müdafiəçilər: Dario Srna, Vyaçeslav Şevçuk, Aleksandr Kuçer, Yaroslav Rakitski, Sergey Krivçov, Aleksandr Volovik, İvan Ordets, İsmaili, Marsio Azevedo

Yarımmüdafiəçilər: Taras Stepanenko, Vellinqton Nem, Fred, Bernard, Marlos, Fernando, Duqlas Kosta, Tayson, Aleks Teyşeyra, İlsinyo, Dentinyo

Hücumçular: Luiz Adriano, Aleksandr Qladki

 

Qeyd edək ki, Azərbaycan – “Şaxtyor” oyunu fevralın 24-də keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti