Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində bu gün keçirilməli olan “Qəbələ” – “Xəzər Lənkəran” oyunu təxirə salına bilər.
Sportarena.az xəbər verir ki, buna səbəb Qəbələni bürüyən qatı dumandı.
Bununla bağlı apasport.az-a açıqlamasında qonaq komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu görüşün keçirilməmə ehtimalının olduğunu vurğulayıb. Hazırda Qəbələ şəhər stadionunda göz-gözü görmür. Qarşılaşmanın startına qədər duman çəkilməsə, hakimlər matçı təxirə salacaqlar.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” görüşü saat 17:00-da start götürməlidi.