Daha öncə də xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində bu gün keçirilməli olan “Qəbələ” – “Xəzər Lənkəran” oyunu təxirə salına bilər.
Sportarena.az saytına açıqlamasında “Qəbələ” klubunun mətbuat katibi Anar Hacıyev məsələyə münasibət bildirib. Hacıyev, açıqlamasında dumanın qatı olmadığını, oyunun keçirilib-keçirilməyəcəyi barədə qərarın hakim tərəfindən veriləcəyini qeyd edib:
“Son qərarı hakim verəcək. Bəli, hazırda duman var, amma bu futbol oynanılmasına mane olacaq səviyyədə qatı deyil. Oyunun keçirilməsinə hələ bir saat var və qəti bir söz demək olmaz”.