“Azərbaycan millisində ölkə xaricində çıxış edən yaxşı legionerlər oynayır”

17:18 19 Fevral 2015

“Azərbaycanla oyunlar öncəsi futbolçu çatışmazlığı ilə üzləşmişik. Zədəli oyunçularımız var”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Yarkko Viss deyib.

 

Vaxtilə “suomilər”in əsas yığmasında oynamış skandinaviyalı çalışdırdığı komandanın Azərbaycan U-19-u ilə yoxlama oyunları öncəsi müsahibə verib. Mütəxəssis fevralın 20-də və iki gün sonra keçiriləcək qarşılaşmalar öncəsi problemlərindən danışıb: “Bəzilərinin isə klubların düşərgəsindən gəlməsi mümkün olmayıb. Əvəzində əla komanda yığa bilmişik. Burada olan hər oyunçu özünü göstərmək üçün yaranan şansdan maksimum yararlanmağa çalışacaq. Sabah Azərbaycan millisi ilə keçirəcəyimiz iki yoxlama oyunundan birincisini keçirəcəyik. Bu komanda bazar ertəsindən ölkəmizdə toplanış keçir. Onlar bizimlə qarşılaşmalardan sonra İrlandiyada da təlim-məşq toplanışında olacaq. Azərbaycan millisinin heyətində ölkə xaricində çıxış edən yaxşı legionerlər də oynayır. Azərbaycan millisi ilə qarşılaşma çox maraqlı olacaq. Biz bu görüşdə nəyə qadir olduğumuzu görə biləcəyik”.

 

Qeyd edək ki, finlandiyalılarla sabahkı oyun Bakı vaxtı ilə saat 21:00-da, fevralın 22-də baş tutacaq matç isə 16:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti