Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən AZAL - “İnter” oyunundan sonra futbolçular arasında dava düşüb.
Sportarena.az xəbər verir ki, hadisə AZAL-ın oyunçusu Nicat Qurbanovun “İnter”in futbolçusuna qarşı kobudluğundan sonra başlayıb.
Hakim insidenti yatırsa da, final fiti səslənəndən sonra tərəflər arasında kütləvi dava düşüb.
Yalnız polislərin səyi nəticəsində çətinliklə tərəfləri sakitləşdirmək mümkün olub.