Az öncə AZAL - "İnter" oyununda baş verən hadisələrlə bağlı məlumat vermişdik.
Sportarena.az xəbər verir ki, hakimlər Komitəsinin Sədri Xəqani Məmmədov hadisə ilə bağlı açıqlama verib :
"Əvvəlcədən oyunda gərginlik var idi. "İnter"in ehtiyyat skamiyasında oturanlar özlərini çox aqressiv aparırdılar. Hadisələrin gedişi Baçana Sxadazenin sarı vərəqə almasından sonra baş verdi. Olanlar hamısı hakimlərin protokolunda öz əklsini tapacaq. İntizam Komitəsi baş verənləri araşdıracaq. Əgər Sxadadze baş hakimə qarşı nalayiq ifadələr işlədibsə mütləq cəzalanacaq."
Mənbə: Futbol11.az