"Sxadadze futbolçularını sakitləşdirmək əvəzinə hakimi söydü"

17:53 19 Fevral 2015

AZAL-ın vitse-prezidenti qalmaqaldan danışıb, “İnter”in baş məşqçisini ittiham etdib.

  
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov Premyer Liqanın 23-cü turundan bu gün “İnter”lə oyundan sonra yaşanan qalmaqala münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, qalmaqalaın yaranmasında “İnter”i günahlandırıb: “Oyundan sonra futbolçularla söhbət etdim. Hamısı az qala ağlayırdı. İnsident yan xətt hakimin gözləri qarşısında baş verdi. “İnter”in 88 nömrəli futbolçusu (Derlis Meza Kolli nəzərdə tutulur - red.) İqbekoyinin saçlarından tutdu, sonra isə onu vurdu. Hər şey də bundan sonra başladı. “İnter”in baş məşqçisini də anlamaq çətindir. O, futbolçularını sakitləşdirmək əvəzinə yan xətt hakimini söyürdü. Onun sözləri deyiləsi deyil. Belə biabırçılıq olmaz. Biz ev sahibiyik. Amma bu cür halla ilk dəfədir ki qarşılaşırıq. Kaxaber Sxadadze 1-2 aya çıxıb gedir. O demək deyil ki, Azərbaycan xalqını təhqir etsin. Deməyə söz tapmıram”.

 

Xatırladaq ki, bu gün AZAL – “İnter” matçından (1:1) sonra futbolçular arasında dava düşüb.

 


Digər xəbərlər

Xəbər xətti