Azərbaycan Premyer Liqasının XXIII turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub etdi.
Sportarena.az xəbər verir ki, Qonaqların baş məşqçisi Elbrus Məmmədov oyun barədə fikirlərini bölüşüb:
“Çox maraqlı oyun getdi. Hər iki komanda baxımlı oyun sərgilədi. Bolqullu oyun izlədik. Öz komandamdan razı qalsam da, səhvlərin mövcudluğunu da qeyd etməliyəm. Səhvlər üzərində işləməliyik”.