Aqil Məmmədov: "Bu gün heç nə itirmədik"

19:32 19 Fevral 2015

Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “Simurq” – “Sumqayıt” oyununda qalib müəyyənləşmədi – 1:1. 

 

Sportarena.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Aqil Məmmədov oyun barədə fikirlərini bölüşüb:



“Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.  


Digər xəbərlər

Xəbər xətti