Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “Simurq” – “Sumqayıt” oyununda qalib müəyyənləşmədi – 1:1.
Sportarena.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi George Çixradze oyun barədə fikirlərini bölüşüb:
“Sürətli oyun oldu. Komandalar mübarizə apardılar. Bizim problem o idi ki, şanslardan istifadə edə bilmədik. Düzdür, qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bildik. Sadəcə, bərabərlik qolundan sonra nə qədər çalışsaq da, qələbə qolunu vura bilmədik”.