Raul "Kosmos"da ilk qolunu vurdu - FOTO

00:48 20 Fevral 2015

“Real”ın sabiq hücumçusu Raul Qonzales yeni klubu “Nyu-York Kosmos"da debüt edib.

 

Sportarena.az xəbər verir ki, Amerika klubu Honkonqda Cənubi Koreya yığması ilə qarşılaşıb.

 

1948-ci ildən keçirilən Yeni il Kuboku çərçivəsində baş tutan matçın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Penaltilər seriyasında isə “Nyu-York Kosmos” sevinib.

 

Bu oyunda İspaniya millisinin keçmiş futbolçusu meydana start heyətdə çıxıb. İlk 11 metrlik cərimə zərbəsini isə Raul yerinə yetirib.

 

Qeyde dək ki, Raul Qonzales “Nyu-York Kosmos”a 2014-cü ildə “Əl-Sədd” klubundan keçib.

 


Digər xəbərlər

Xəbər xətti