Cerrard: “Balotelli hörmətsizlik etdi”

13:35 20 Fevral 2015

Dünən Avropa Liqasının 1/16 final mərhələsinin ilk görüşləri keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, “Liverpul” doğma meydanda “Beşiktaş”ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb. 
 

 

İngilislərin yeganə qolunu görüşün 85-ci dəqiqəsində Mario Balotelli penaltidən vurub. 11 metrlik cərimə zərbəsini isə komandanı kapitan kimi meydana çıxaran Cordan Enderson qazanıb. Əvvəlcə o özü penaltini yerinə yetirmək istəsə də, Balotelli ona imkan verməyib. “Liverpul”un əsas kapitanı Stiven Cerard da bu barədə fikirlərini bildirib: “Məncə, Balotelli hörmətsizlik etdi. Penaltini Cordan özü yerinə yetirməli idi”.

 


Digər xəbərlər

Xəbər xətti