Səfər qarşılaşmasında “Qəbələ”yə 1:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” oyundan sonra sərbəst buraxılıb.
Sportarena.az xəbər verir ki, komanda qarşıdakı 3-gün ərzində istirahət edəcək. Fevralın 23-də Lənkəranda bir araya gələrək növbəti tur oyununun hazırlıqlarına başlayacaq. Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXIV turu çərçivəsində fevralın 28-də doğma meydanda “Bakı” klubunu qəbul edəcək.
Qeyd edək ki, digər məlumata görə isə AFFA-dan gələn zənglə təcili olaraq Bakıya çağırılan Elnur Cəfərov Qəbələdən bir başa U 21 millisinin düşərgəsinə yollanıb. Əlavə edək ki, bunacan aşağı yaş millilərində çıxış edən gənc futbolçu ilk dəfədir ki, U 21-nin heyətinə qatılır.
Mənbə:12cioyuncu.info