Rəşad Sadiqov 1 həftə oynamayacaq

17:55 20 Fevral 2015

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun hazırkı vəziyyətinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verirk ki, bu gün Bakıda tibbi müayinədən keçən futbolçunun zədəsinin ciddi olmadığı bəlli olub.

 

“Xəzər Lənkəran”la dünənki qarşılaşmanın (3:1) 82-ci dəqiqəsində meydana daxil olan Rəşad Sadiqov cəmi 2 dəqiqədən sonra zədə ucbatından əvəzlənməli olmuşdu. Həkimlər 32 yaşlı oyun qurucusunun arxa əzələsində dartılma olduğunu bildiriblər. Sadiqov bir həftə zədəsinin müalicəsi ilə məşğul olacaq və yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək. Bu isə o deməkdi ki, futbolçu növbəti turda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, ölkə çempionatının XXIV turu çərçivəsində “Qəbələ” fevralın 28-də “Qarabağ”ın qonağı olacaq.

 


Digər xəbərlər

Xəbər xətti